Rusiya ABŞ-ın Sankt Peterburqdakı baş konsulluğunu bağlayır | 1news.az | Xəbərlər
Dünya

Rusiya ABŞ-ın Sankt Peterburqdakı baş konsulluğunu bağlayır

22:02 - 29 / 03 / 2018
Rusiya ABŞ-ın Sankt Peterburqdakı baş konsulluğunu bağlayır

Rusiya ABŞ-ın “Skripal işi” ilə əlaqədar atdığı addımlara cavab olaraq, bu ölkənin Sankt Peterburqdakı baş konsulluğunu bağlayır.

1news.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə XİN rəhbəri Sergey Lavrov bildirib.

“Bu dəqiqələrdə müavinim Sergey Ryabkov XİN-ə çağırılan ABŞ səfiri Hantsmana ölkəsi ilə bağlı görüləcək tədbirlərin məzmununu izah edir. Tədbirlər analoji sayda diplomatların ölkədən çıxarılmasını və ABŞ-ın Sankt Peterburqdakı baş konsulluğunun fəaliyyətinin dayandırılmasını nəzərdə tutur”, - deyə nazir qeyd edib.

1news.az

Paylaş:
790

Son xəbərlər

Bütün xəbərlər