BƏƏ səfiri Azərbaycan mediasına təşəkkür edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfiri Məhəmməd Alqubasi Bakıda itkin düşmüş BƏƏ-dən olan daun sindromundan əziyyət çəkən turistin tapılmasında kömək çağırışına operativ reaksiya verdikləri üçün Azərbaycan mediasına dərin minnətdarlığını ifadə edib.
1news.az xəbər verir ki, səfir açıqlamasında Bakı şəhər sakinlərinin də bu məsələdə münasibətini yüksək qiymətləndirib və bunu xalqlarımız arasında mövcud olan güclü qardaşlıq əlaqələri kimi dəyərləndirib.
“Fürsətdən istifadə edərək, Azərbaycan müvafiq qurumlarına da dəstək üçün təşəkkür edirəm”.
Qeyd edək ki, turist kimi ailəsi ilə Bakıya gələn 17 yaşlı daun sindromlu gənc oğlan martın 27-də səhər saat 5:20-də "Winter Park" otelindən çıxıb və geri qayıtmamışdır. Onu həmin gün gecə saatlarında şəhər sakinlərindən biri görüb və səfirliyin mediada yaydığı telefona zəng edərək məlumat verib. Bundan sonra səfilik əməkdaşları gənci ailəsinə təhvil veriblər.
P.Sultanova