ATƏT/DTİHB-nin direktoru Azərbaycanda seçkiləri müşahidə edəcək
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru İngibyorq Solrun Gisladottir gələn ay Azərbaycana səfər etməyi planlaşdırır.
1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri DTİHB-nin mətbuat xidmətindən verilən məlumata görə, Gisladottir aprelin 11-də ölkədə keçiriləcək Prezident seçkilərini müşahidə etməyi planlaşdırır.
Xatırladaq ki, İngibyorq Solrun Gisladottir (İslandiya) ATƏT/DTİHB-in direktor vəzifəsinə 2017-ci ilin iyulun 19-da təyin edilib və bu vəzifədə Mixael Qeorq Linki (Almaniya) əvəzləyib.
S.Xankişiyeva
525