Xorvatiyanın sabiq Prezidenti: Azərbaycan ictimaiyyətində seçkiöncəsi gərginlik hiss olunmur
Azərbaycan hər bütün ölkələrlə qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələr qurmaqda maraqlıdır.
Sülhsevər siyasət yürüdür. İnanıram ki, seçkilərdən sonra da Azərbaycan öz sülh siyasətinə sadiq qalacaq və vətəndaşlarının daha yaxşı və təhlükəsiz yaşaması üçün şərait yaratmağa davam edəcək.
1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç deyib.
Azərbaycanda keçiriləcək prezident seçkisinin region üçün əhəmiyyətinə toxunan S.Mesiç Azərbaycanın regionda liderliyini sülh və sabitlik üçün ciddi və etibarlı amil kimi dəyərləndirib.
“Son onillikdə Azərbaycan özünün strateji məqsədlərini yerinə yetirib. Bu səbəbdən ictimaiyyətdə seçki öncəsi gərginlik hiss olunmur”, - deyə Xorvatiyanın sabiq prezidenti qeyd edib.
S.Xankişiyeva