Süleyman Şah türbəsi Suriyaya qaytarılacaq
Suriyada Türkiyənin anklavı hesab olunan və 2015-ci ilin fevralında İŞİD terror təşkilatı ilə mübarizə zamanı təhlükəsizlik məqsədləri ilə Suriyadan çıxarılan Süleyman Şah türbəsi əvvəlki yerinə qaytarılacaq.
1news.az xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Fikri İşık deyib.
O qeyd edib ki, İŞİD təhdidi ilə əlaqədar türbə üç il Türkiyə-Suriya sərhədindəki Eşme kəndinə köçürülmüşdü.
Nazir müavini türbənin əvvəlki yerinə qaytarılacağı dəqiq tarixi açıqlamayıb.
Qeyd edək ki, 1921-ci ildə imzalanmış beynəlxalq müqaviləyə əsasən Süleyman Şah türbəsi Türkiyənin anklavı hesab olunur. Türbəni Kobani rayonunda 40-a yaxın türk hərbçisi qoruyurdu.
1news.az
587