Peskov: Rusiyanın “Skripal işi” ilə heç bir əlaqəsi yoxdur
Rusiyanın “Skripal işi” ilə heç bir əlaqəsi yoxdur.
1news.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Sergey Skripalın zəhərlənməsinə Kremlin razılıq verməsi barədə suala cavab verən D.Peskov bununla bağlı rusiyalı rəsmilərin açıqlamalarını oxumağa çağırıb:
“Xarici işlər naziri Sergey Lavrovun, XİN-in nümayəndəsi Mariya Zaxarovanın açıqlamalarına baxın. Biz artıq iki həftədən çoxdur ki, hadisənin əvvəlindən bəyan edirik ki, Rusiyanın bu işlə heç bir əlaqəsi yoxdur”.
Xatırladaq ki, martın 4-də İngiltərənin Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal qızı ilə birgə kimyəvi hücum nəticəsində zəhərlənmişdi.
1news.az
681