Ermənistan Qoşulmama Hərəkatının Bakı toplantısında iştirak etməyəcək | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan Qoşulmama Hərəkatının Bakı toplantısında iştirak etməyəcək

17:43 - 02 / 04 / 2018
Ermənistan Qoşulmama Hərəkatının Bakı toplantısında iştirak etməyəcək

Ermənistan Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XİN rəhbərlərinin aralıq konfransında iştirak etməyəcək.

Bu barədə 1news.az-a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, Ermənistan Qoşulmama Hərəkatında müşahidəçi dövlətdir.

Xatırladaq ki, 5-6 aprel 2018-ci il tarixində Azərbaycan paytaxtında “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək. Nazirlər konfransına hazırlıq məqsədilə 3-4 aprel 2018-ci il tarixində yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçiriləcək.

Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcəklər.

P.Sultanova

Paylaş:
869

Son xəbərlər

Bütün xəbərlər