Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb – FOTO – VİDEO

17:30 - 03 / 04 / 2018
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb – FOTO – VİDEO

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun 52 nəfər sülhməramlısı aprelin 3-də plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat veriblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

1news.az

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər