Şimali Koreyanın XİN rəhbəri Azərbaycana gəlir

Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho Azərbaycana gələcək.
1news.az bu ölkənin “Yonhap” agentliyinə istinadla xəbər verir ki, nazir Bakıya, daha sonra Rusiyaya qısa müddətli səfər edəcək.
O, 5-6 aprel tarixlərində Bakıda keçirirləcək Qoşulmama Hərəkatı çərçivəsində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransında iştirak edəcək.
Qeyd edək ki, Rusiya XİN bir müddət əvvəl Şimali Koreya XİN rəhbərinin yaxın gələcəkdə Moskvaya səfəri üzərində işlər görüldüyünü açıqlamışdı.
P.Sultanova
518