YouTube-a hücum edən qadın – İrandan olan azərbaycanlı – FOTO – VİDEO
YouTube-un baş ofisində atışma törədən, daha sonra isə intihar edən 39 yaşlı Nasim Nəcəfi Ağdam video bloqer olub.
Onun YouTube kanalında Nasime Sabz adlı üç dildə: ingilis, türk və farsca bloqu olub.
Öz kanalında o, “İran azərbaycanlısı, vegeterian və bodibilder” kimi təqdim edib.
2017-ci ilin yanvarında Ağdam öz kanalında Youtube ayrı-seçkilikdə ittiham edib.
Nasimin sözlərinə görə, YouTube istəmir ki, onun tamaşaçısı olsun:
“Youtube və digər video kanallarda inkişaf üçün imkan yoxdur. Kanalınız əgər onlar istəyərsə, inkişaf edəcək”.
Baş ofisdə baş verən insidentdən sonra YouTube Nasimin Facebook və Instagram hesablarını bağlayıb.
Haberlər-in yaydığı məlumata görə, hücum zamanı Ağdam tapanca ilə olub. Atışma zamanı 3 nəfər yaralanıb, polis minlərlə əməkdaşı təxliyyə edib.
S.Xankişiyeva