Məhəmməd Qutlu: Aprelin 11-də Azərbaycan xalqı sabitliyə səs verəcək | 1news.az | Xəbərlər
Siyasət

Məhəmməd Qutlu: Aprelin 11-də Azərbaycan xalqı sabitliyə səs verəcək

09:30 - 04 / 04 / 2018
Məhəmməd Qutlu: Aprelin 11-də Azərbaycan xalqı sabitliyə səs verəcək

Qardaş Azərbaycan sabit və dinamik inkişaf edən ölkədir. Əminəm ki, Azərbaycan xalqı aprelin 11-də sabitlik və inkişafa səs verəcəklər.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Türkiyədə nəşr olunan “Yeni Akit” qəzetinin Ankara xəbər müdürü, yazıçı – publisist Məhəmməd Qutlu deyib.

Azərbaycanın regionun lider ölkəsi olduğunu bildirən  Məhəmməd Qutlu deyib: “Azərbaycan Cənubi Qafqazda bir siyasi sabitlik adasıdır. Azərbaycan regionun inkişafında önəmli ölkədir. Bu gün qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında əməkdaşlıq ən yüksək səviyyədədir. Azərbaycan xalqının  aprelin 11-də keçiriləcək prezident seçkilərində sabitliyə, sülhə səs verəcəyinə inanıram”.

S.Xankişiyeva

 

Paylaş:
702

Son xəbərlər

Bütün xəbərlər