TürkPA-nın seçkiləri izləyəcək müşahidə missiyanın tərkibi açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

TürkPA-nın seçkiləri izləyəcək müşahidə missiyanın tərkibi açıqlanıb

11:18 - 04 / 04 / 2018
TürkPA-nın seçkiləri izləyəcək müşahidə missiyanın tərkibi açıqlanıb

TürkPA-nın Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkilərini izləyəcək beynəlxalq müşahidəçilər missiyasının tərkibi açıqlanıb. 

1news.az xəbər verir ki,  missiyanın tərkibinə Qazaxıstan Parlamenti Məclisinin üzvü Berik Ospanov, Qırğız Respublikasının Jogorku Keneşin üzvləri Duişon Torokulov və Salaidin Aydarov, Türkiyə Böyük Millət Məclisinin deputatları Haluk İpek və Ceyhun İrgil daxildir.

Qurumdan qeyd olunub ki, aprelin 10-da müşahidəçilər missiyasının Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, xarici işlər naziri  Elmar Məmmədyarov və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşləri nəzərdə tutulur.

Bildirilib ki, səsvermə günü müşahidəçilər seçki prosesini yaxından izləmək məqsədi ilə Bakının bir sıra seçki məntəqələrini ziyarət edəcəklər.

Aprelin 12-də isə TürkPA missiya üzvləri seçkilərin yekununa dair mətbuat konfransı keçirəcəklər. 

1news.az 

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər