Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

13:26 - 05 / 04 / 2018
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın müdafiə nazirinin müavini Kərim Vəliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüş Moskva şəhərində keçirilən VII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

Görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

1news.az

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər