Moldova MSK və parlamentinin nümayəndə heyəti Azərbaycanda seçkiləri müşahidə edəcək | 1news.az | Xəbərlər
Siyasət

Moldova MSK və parlamentinin nümayəndə heyəti Azərbaycanda seçkiləri müşahidə edəcək

17:17 - 05 / 04 / 2018
Moldova MSK və parlamentinin nümayəndə heyəti Azərbaycanda seçkiləri müşahidə edəcək

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini Moldovanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Alina Russunun rəhbərlik etdiyi nümayəndə heyəti də müşahidə edəcək.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bunu Moldova MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Moldova MSK-nın seçki müşahidəçiləri aprelin 10-dan Azərbaycanda səfərdə olacaqlar. Onlar səsvermə günü bir neçə məntəqədə müşahidəçilik missiyasını həyata keçirəcəklər.

Moldova parlamentindən isə bildiriblər ki, parlamentin vitse-spikeri Vladimir Vityuk da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Bundan başqa, Moldova parlamentinin deputatları ATƏT, Avropa Şurası və MDB Parlament Assambleyası çərçivəsində prezident seçkilərini izləyəcəklər.

S.Xankişiyeva

 

Paylaş:
688

Son xəbərlər

Bütün xəbərlər