Qadın qızının kimdən olduğunu biləndə ŞOK KEÇİRDİ - 36 il sonra ÜSTÜ AÇILDI
Həkimin süni mayalanma zamanı, əslində, öz spermasından istifadə etdiyi 36 il sonra ortaya çıxıb.
1news.az Milli.az-a istinadən xəbər verir ki, ABŞ-da Kelli Rovlette adlı bir qadın Ancestry.com (Soyağacı.com) adlı internet saytından DNT-sinin nəticəsini göndərməklə gerçək atasının doğumunu həyata keçirən həkim olduğunu öyrənib.
Gerald E. Mortimer adlı həkimin 36 il öncə süni mayalanma zamanı öz spermasından istifadə etdiyini öyrənən ailə ondan məhkəməyə şikayət edib.
Amerika mətbuatının gündəminə düşən hadisədə Kelli Rovlette adlı 36 yaşlı qadının Ancestry.com internet saytından gələn cavabı görüncə, öncə inanmadığı qeyd edilir.
Şikayətdə 1980-ci ildə Hovard Fovler və Sally Eşby adlı cütlük övladları olmadığı üçün Gerald E. Mortimer adlı həkim tərəfindən müalicə almağa başlayır.
Süni mayalanma zamanı cütlük donorun universitetdə oxuyan, 1,80 boylu, qəhvə rəngli saçı və mavi gözlü bir oğlan olmasını tələb edirlər.
Həkimin bu özəlliklərə sahib birinin olduğunu deməsi ilə proses həyata keçirilir.
Ancaq cütlük qızları Rovletteyə süni mayalanma yolu ilə dünyaya gəldiyi barədə heç nə demir.
Rovlette Ancestry.com-dan gələn cavabı 800 kilometr uzaqda yaşayan bir həkimin adının atası olaraq çıxmasını saytın etibarsızlığı kimi dəyərləndirib, bunu anası Sally Eşbiyə danışıb.
Ancaq ana həkimin adını görüncə həqiqətin nə olduğunu anlayır.
Ana Eşbiy bu məqamda vaxtı ilə ailəsi ilə Vaşinqtona köçəndə həkim Mortimerin arxalarınca niyə ağladığını başa düşür və həkimin qızının atası olduğunu öyrənir.
Cütlük sonradan boşandığı üçün Eşbiy bu hadisəni keçmiş əri Hovard Fovlerə deyir.
Bu xəbərdən şok olan cütlük o barədə qızlarına danışmamaq haqda qərar verirlər.
Ancaq bir neçə ay sonra Kelli əşyalarını yığışdırarkən doğum şəhadətnaməsini tapır və doğuşunu gerçəkləşdirən həkim kimi Mortimerin imza atdığını görür.
Qız bu şəxsin DNT testindən sonra çıxan həkimlə eyni adlı olduğunu görüncə məsələni anlayır, şok vəziyyətində valideyinlərinə zəng edir.
Şikayətdə ailənin bu hadisədə böyük bir sarsıntı keçirdiyi xüsusi ilə qeyd edilir.
Cütlük "Doktorun öz spermasından bu mayalanmanı edəcəyini bilsəydik, icazə verməzdik" açıqlamasını edib.
1news.az