Prezident seçkiləri ilə bağlı bu prosedurlar başa çatır | 1news.az | Xəbərlər
Siyasət

Prezident seçkiləri ilə bağlı bu prosedurlar başa çatır

10:08 - 05 / 04 / 2018
Prezident seçkiləri ilə bağlı bu prosedurlar başa çatır

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatır.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, ərizələr seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək, yəni aprelin 6-dək təqdim edilməlidir.

Bundan əlavə yaşayış məntəqələrindən kənarda müstəsna hallarda seçki məntəqələrinin yaradılması da səsvermə gününə azı 5 gün qalanadək başa çatmalıdır.

Həmçinin seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi proseduru da aprelin 6-dək başa çatmalıdır.

S.Xankişiyeva

 

 

Paylaş:
614

Son xəbərlər

Bütün xəbərlər