XİN rəhbəri: Dağlıq Qarabağ münaqişəsi bütün dünya üçün bir təhdiddir | 1news.az | Xəbərlər
Siyasət

XİN rəhbəri: Dağlıq Qarabağ münaqişəsi bütün dünya üçün bir təhdiddir

10:34 - 05 / 04 / 2018
 XİN rəhbəri: Dağlıq Qarabağ münaqişəsi bütün dünya üçün bir təhdiddir

Dünyada sülhün və sabitliyin, iqtisadi inkişafın təmin olunması üçün beynəlxalq hüquqa hörmət olunmalıdır.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

E.Məmmədyarov deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi təkcə region üçün deyil, bütün dünya üçün bir təhdiddir.

Nazir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi regionda sülhün təmin olunması və iqtisadi inkişaf üçün əsas maneədir.

E.Məmmədyarov bildirib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib, lakin təəssüflər olsun ki, indiyə qədər bu qətnamələr yerinə yetirilməyib.

Nazir vurğulayıb ki, bir çox təşkilat tərəfindən bu mövqe dəstəklənib: “Qoşulmama Hərəkatı da Dağlıq Qarabağı mənim ölkəmin bir hissəsi hesab edir və münaqişənin ərazi bütövlüyümüz çərçivəsində həllini dəstəkləyir. Münaqişə nəticəsində yaranan "status-kvo" heç zaman qəbul edilməyəcək".

1news.az

 

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər