Avstriyada ibtidai məktəblərdə hicab qadağan ediləcək
Avstriyanın bağça və ibtidai məktəblərində dini geyimlərlə bağlı sərt məhdudiyyət tətbiq oluna bilər.
1news.az-ın Euronews-a istinadla verdiyi xəbərə görə, Avstriya hökuməti təhsil müəssisələrində hicabın qadağan edilməsi ilə bağlı qanun layihəsi hazırlayır.
Hökumət bu ölçünün cəmiyyətin seqreqasiyasına qarşı mübarizə və bərabərliyi təmin etmək məqsədi daşıdığını əmin edir.
Avstriyanın gənc kansleri Sebastyan Kurtsun sözlərinə görə, qız və oğlanlar üçün bərabər imkanlar yaradılmalıdır.
“Biz uşaqlar arasında diskriminasiyaya yol verə bilmərik. Bizim ölkə üçün paralel cəmiyyətlərin inkişafı ümumiyyətlə çox fəlakətli bir haldır, ona görə, bu ölkədə uşaqların çadraya bürünməsinə yer yoxdur”, - deyə kansler bildirib.
Qeyd edək ki, ötən ildən Avstriyada ictimai yerlərdə üzün maska və ya dini geyimlər, o cümlədən, burqa və niqabla örtülməsi qadağan edilib. Müsəlmanların etirazına səbəb olan qanun oktyabrın 1-də qüvvəyə minib.
S.Xankişiyeva