Bakıda Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir

12:00 - 05 / 04 / 2018
Bakıda Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir

Bu gün Bakıda ölkəmizin turizm sənayesində əsas tədbir olan 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi - “AITF 2018” öz işinə başlayıb.

1news.az-ın məlumatına görə, aprelin 7-nə kimi davam edəcək sərgi artıq bir neçə ildir ki, öz aktuallığını qoruyub saxlamaqla yanaşı, müxtəlif istiqamətlərdə turizm imkanlarını nümayiş etdirməklə həm qonaqlarını, həm də sərgiyə gələn ziyarətçiləri məmnun edir.

Sərgi Bakı Ekspo Mərkəzində keçiriləcək və turizm bazarı, dövlət strukturları və həm yerli, həm də regional turizm təşkilatlarının nümayəndələrini eyni platformada bir araya gətirəcəkdir. Xəzəryanı regionun turizm sənayesinin bu əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.

“AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək. Sərginin ənənəvi iştirakçısı - Azərbaycan Turizm Assosiasiyası (AzTA) da sərgiyə yaxından dəstək verir. “AITF” sərgisi həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim ediləcək. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya Respublikası, Dominikan Respublikası, Gürcüstan, Indoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır.

Sərgidə “Tibbi və Sağlamlıq Turizmi” sektoru geniş təqdim olunacaq. Bu sektorun iştirakçıları istirahət məkanlarını seçməklə yanaşı, yüksək ixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanlar nümayiş etdirəcəklər. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstandır.

“AITF” sərgisi Azərbaycanda daxili turizmin inkişafını fəal şəkildə əks etdirir və bu il də istisna olmayacaq, belə ki, hər zaman olduğu kimi, bu il ölkənin turizm potensialı yerli regionlar tərəfindən nümayiş olunacaq və “Ulduz Turizm”, “Pasha Travel” və başqa turoperatorlar, eləcə də “Absheron Hotels Group”, “Gilan Hospitality” və digər otellər şəbəkəsi öz xidmətlərini təqdim edəcəklər. Ənənəvi olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycan Turizm Assosiasiyası (AzTA) ayrıca stendlə təmsil olunacaqlar.

Sərgi çərçivəsində iştirakçılar və yerli turoperatorlar arasında işgüzar əlaqələrin qurulması və danışıqlar aparmaq üçün geniş imkanlar yaradacaq vorkşop keçiriləcək.

“AITF” ilə birlikdə 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2018” sərgisi keçiriləcəkdir. “Horex Caucasus 2018” regionda otel və restoran sektorunun yeganə ixtisaslaşdırılmış sərgisidir.

Beləliklə, “AITF 2018” sərgisi yeni turizm məhsullarının elan edilməsi, tərəfdaşlar arasında görüşlərin keçirilməsi və möhkəm işgüzar əlaqələrin qurulması üçün möhtəşəm platformaya çevriləcək.

1news.az

Paylaş:
799

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər