“Azərişıq” Şirvan bölgəsindəki elektrik şəbəkələrini yeniləyir | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərişıq” Şirvan bölgəsindəki elektrik şəbəkələrini yeniləyir

16:11 - 06 / 04 / 2018
“Azərişıq” Şirvan bölgəsindəki elektrik şəbəkələrini yeniləyir

“Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi, Şirvan Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş elektrik şəbəkələrini yenidən qurur.

Külək və digər təbii hadisələrə davam gətirmək gücündə olmayan elektrik hava xətlərinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2018-ci ilin birinci rübündə xeyli işlər görülüb və görülməkdədir.

ASC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, yanvar-mart ayları ərzində Hacıqabul rayonu ərazisində inşa edilən 110/35/10 kilovoltluq (kV) “Qarasu” yarımstansiyasının tikintisi yekunlaşır. 35 kV-luq “Pirsaat” yarımstansiyası tikilərək yenidən qurulub. Eyni zamanda, Pirsaat kəndində 4,4 kilometr məsafədə yeni 6 kV-luq hava xəttinin, 10.19 kilometr məsafədə özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) kabel xəttinin çəkilməsi və 8 ədəd yeni komplekt transformator məntəqəsinin quraşdırılması prosesi yekunlaşıb.

Hazırda Hacıqabul rayonunun Udulu kəndində yüksəkgərginlikli 35 kV-luq Udulu hava xətti 1,2 kilometr məsafədə yenidən çəkilir. Nəvahi kəndində isə orta gərginlikli 6 kV-luq Nəvahi hava xətti 13,5 kilometr məsafədə yenidən qurulur. Bununla yanaşı, Udulu kəndində nasos stansiyalarına 22 ədəd komplekt transformator məntəqəsinin quraşdırılması istiqamətində işlər davam etdirilir.

Sabirabad rayonunun Cavad kəndində isə 110/35/10 kV-luq “Cavad” yarımstansiyası tikilir. Bununla yanaşı, Sabirabad rayonunun Beşdəli kəndində yeni komplekt transformator məntəqələri quraşdırılır. Həmçinin hazırda Azadkənd, Beşdəli və Əlicanlı kəndlərində 0,4 kV-luq hava xətləri yenidən qurulur. Artıq Əlicanlı kəndində 9,5 kilometr məsafədə, Azadkənd kəndində 24,5 kilometr məsafədə açıq naqillər ÖİN kabellə əvəzlənib.

Salyan rayonunun Dağüstü kəndində 6 kV-luq Düyəçilik hava xətti 5,3 kilometr məsafə yenidən qurulub. Rayonun 20 Yanvar qəsəbəsində 6 kV-luq Arbatan hava xəttinin dəmir yolu budaqlanmasında yenidənqurma işləri aparılır, artıq 3,8 kilometr hissədə yenidənqurma işi başa çatıb. Rayonun Kürsəngi kəndində 900 metr məsafədə, Qaraçala kəndində 18 kilometr məsafədə açıq naqillər ÖİN kabellə ilə əvəz edilib.

Saatlı rayonunda isə hazırda Heydərabad-Əhmədbəyli və Dədə Qorqud kəndlərində 0,4 kV-luq hava xətlərinin yenidən qurulması işləri aparılır. Artıq Heydərabad-Əhmədbəyli kəndində 1,4 kilometr, Dədə Qorqud kəndində 1,2 kilometr məsafədə açıq naqillər ÖİN kabellə əvəz olunub.

Şirvan şəhərində isə Yeni Yaşayış Massivinin enerji təchizat sxemi layihələndirilərək, tikinti işlərinə başlanılıb, 1 kilometr magistral ÖİN xətti çəkilib.

1news.az

Paylaş:
788

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər