“Azerspace-2” peykinin orbitə buraxılacağı tarix açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azerspace-2” peykinin orbitə buraxılacağı tarix açıqlanıb

11:44 - 06 / 04 / 2018
“Azerspace-2” peykinin orbitə buraxılacağı tarix açıqlanıb

Azərbaycanın ikinci geostasionar telekommunikasiya peyki olan “Azerspace-2/Intelsat 38”in buraxılışı mayın 25-ə planlaşdırılıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan peykinin buraxılışı ilə məşğul olan Fransanın “Arianespace” şirkəti məlumat yayıb.

Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan “Ariane 5 ECA” raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.

Qeyd edək ki, “Azərkosmos” ASC və “Airanespace” şirkətləri arasında 2015-ci ilin dekabr ayında Azərbaycanın ikinci telekommunikasiya peykinin geostasionar orbitə çıxarılmasına dair müqavilə imzalanıb.

1news.az

Paylaş:
592

Son xəbərlər

Bütün xəbərlər