“Zeytun Budağı”: dörd minə yaxın terrorçu zərərsizləşdirilib
“Zeytun Budağı” əməliyyatının gedişində indiyədək 3991 terrorçu zərərsizləşdirilib.
1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Bildirilir ki, əməliyyat çərçivəsində bu günə qədər 102 mina və 739 partlayıcı aşkar olunaraq məhv edilib.
Xatırladaq ki, Suriyanın Afrin bölgəsinin YPG/PKK terrorçularından azad edilməsi məqsədi daşıyan “Zeytun Budağı” əməliyyatı yanvarın 20-də başlayıb. Hazırda bölgədə nəzarəti tam ələ alan Türkiyə Silahlı Qüvvələri axtarış-təmizləmə əməliyyatlarını davam etdirir.
S.Xankişiyeva
707