Prezident seçkiləri ilə bağlı daha bir prosedur başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Prezident seçkiləri ilə bağlı daha bir prosedur başa çatıb

09:58 - 09 / 04 / 2018
Prezident seçkiləri ilə bağlı daha bir prosedur başa çatıb

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti bu gün başa çatır.

1news.az xəbər verir ki,  Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlər səsvermə gününə azı 3 gün qalanadək məntəqə seçki komissiyalarına verilməlidir.

Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi proseduru da bu gün başa çatır.

Qeyd edək ki, aprelin 11-də prezident seçkiləri keçiriləcək. Respublika üzrə 125 seçki dairəsi, 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir.

1news.az

 

 

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər