Mübariz Əhmədoğlu: Mərkəzi Asiya regionu Rusiya ilə münasibətlərdə prioritetliyi aradan qaldırır

Mərkəzi Asiya regionunda bir-biri ilə əlaqəli üç proses yanaşı gedir.
1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, region dövlətlərinin liderləri arasında şəxsi münasibətlər yaxşılaşır. Bu məsələdə əsas rol Özbəkistanda prezident dəyişikliyinə məxsusdur: "Yeni prezident Ş.Mirziyayev regionun bəzi qonşu dövlətlərinə(Qırğızıstan və Tacikistan) güzəştli münasibət təqdim edir. Qazaxıstan və Türkmənistanla normal siyasət aparır".
Politoloq hesab edir ki, Ş.Mirziyayevin belə siyasəti Qazaxıstan prezidenti N.Nazarbayev tərəfindən üstün dəyərləndirildi. N.Nazarbayev Novruz bayramını bütün ənənələri ilə birlikdə qeyd etmək üçün Səmərqənd (Özbəkistan) şəhərinə gəldi. Eks-prezident İ.Kərimovun məzarını ziyarət etdi. Ş.Mirziyayevlə birlikdə Novruz şənliklərində iştirak etdi. Qazaxıstan və Özbəkistan dini ənənə və prosedurları da eyniləşdirmək niyyətindədirlər. Bu barədə sənəd imzalandı. Tacikistanın prezidenti İ.Rəhmonun Qazaxıstan prezidenti N.Nazarbayev və Özbəkistan prezidenti Ş.Mirziyayevə söylədiyi difiramblara aldığı reaksiya yaxınlarda Tacikistanda ciddi iqtisadi proseslərə səbəb ola bilər".
M.Əhmədoğlu deyib ki, region dövlətləri RF-lə münasibətlərdə prioritetliyi aradan qaldırırlar: "Region dövlətlərinin liderləri arasındakı isti münasibətlər regionun Rusiyadan uzaqlaşmasını xeyli sürətləndirə bilər. AİB üzvü olan Qazaxıstan ABŞ-la viza rejimini ləğv etdi. Bu, faktiki Rusiyanı ABŞ-la vizasız rejim elan etməsi anlamındadır. RF xarici işlər naziri S.Lavrov etiraz etsə də, Qazaxıstanın Xarici İşlər Nazirliyi viza məsələlərini müstəqil həll etməyin Qazaxıstanın suveren hüququnun olduğunu bəyan etdi. Özbəkistan aviadaşımalarda Rusiyanın şərtlərini rədd etdi. Qırğızıstan “milis” sözünü “ polis” sözü ilə əvəzləyir.
Nəhayət, region Qərbə doğru irəliləyir. Astanada region dövlətlərinin sammiti keçirildi. Türkmənistan prezidenti Q.Berdıməhəmmədovdan başqa bütün liderlər iştirak etdi. Türkmənistanı rəsmən parlamentin spikeri, xanım Ağca Nurberdıyeva təmsil etdi. Q.Berdıməhəmmədovun oğlu S.Berdıməhəmmədov atasının adından N.Nazarbayevə şəxsi məktub gətirdi. Bu təklifin ideya dəstəkçisiABŞ Dövlət Departamenti idi.
Daşkənddə Əfqanıstandakı vəziyyətə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Aİ-nin xarici siyasət məsələləri üzrə təmsilçisi F.Moqerini və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Tomas Şennon iştirak edirdilər. Bu konfransda əsas ideya müəllifliyi Aİ-yə məxsus idi.
1news.az