Seçkiləri 51 xarici KİV-dən 118 jurnalist işıqlandıracaq

Azərbaycanda keçiriləcək prezident seçkilərini 51 xarici KİV-dən 118 təmsilçi işıqlandıracaq.
1news.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
MSK sədri bildirib ki, xarici KİV təmsilçilərinin fəaliyyətinə yerli KİV nümayəndələri kimi hərtərəfli şərait yaradılacaq.
1news.az
519