XİN: Azərbaycanın Çindəki səfirliyində yaradılmış seçki məntəqəsindəki səsvermə başa çatıb

Saat fərqinə uyğun olaraq, Azərbaycanın Çindəki səfirliyində yaradılmış seçki məntəqəsindəki səsvermə başa çatıb.
Seçkilər səfirliyimizdə qeydiyyatda olan vətəndaşların yüksək seçici fəallığı ilə azad və demokratik şəraitdə keçib.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, qurumun mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:
“Yerli saata uyğun olaraq Vaşinqtondakı səfirliyimizdə seçki məntəqəsi bir saatdan artıq vaxtdır ki açılıb. Təqribən saat yarımdan sonra Los-Ancelsdəki Baş Konsulluğumuzda seçki məntəqəsi açılacaq. Ümumiyyətlə, ən son bağlanan seçki məntəqəsi Los-Ancelsdəki Baş Konsulluğumuz olacaq.
Diplomatik nümayəndəliklərimizdəki səsvermələrdə də yüksək seçici fəallığı müşahidə olunub. Diplomatik nümayəndəliklərimizdə yaradılmış seçki məntəqələrindəki səsvermələrin nəticələri 17-ci və 16-cı Yasamal seçki dairələrinə bildirilir”.
S.Xankişiyeva