Azərbaycanın BƏƏ-dəki səfirliyində səsvermə başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın BƏƏ-dəki səfirliyində səsvermə başlayıb

09:43 - 11 / 04 / 2018
Azərbaycanın BƏƏ-dəki səfirliyində səsvermə başlayıb

Azərbaycan Respublikasında prezident seçkilərinin keçirilməsi ilə əlaqədar ölkəmizin Abu Dabidəki səfirliyində yaradılmış seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da səsvermə başlayıb.

1news.az bu barədə ölkəmizin BƏƏ-dəki səfirliyinin “Tvitter” səhifəsinə istinadla xəbər verir.

Səsvermə saat 19:00-a qədər davam edəcək.

Qeyd edək ki,  Azərbaycanın Dubay şəhərindəki baş konsulluğunda da seçki məntəqəsi yaradılıb. Səsvermədə konsulluqlar dairəsində yaşayan və müvəqqəti olaraq bu ölkədə səfərdə olan Azərbaycan vətəndaşları iştirak edirlər.

1news.az

Paylaş:
715

Son xəbərlər

Bütün xəbərlər