Polad Bülbüloğlu: Prezident seçkiləri hər bir ölkə üçün vacib hadisədir | 1news.az | Xəbərlər
Siyasət

Polad Bülbüloğlu: Prezident seçkiləri hər bir ölkə üçün vacib hadisədir

12:03 - 11 / 04 / 2018
Polad Bülbüloğlu: Prezident seçkiləri hər bir ölkə üçün vacib hadisədir

Azərbaycanda Prezident seçkiləri ilə bağlı Rusiyada səsvermə keçirilir.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Azərbaycanın Rusiyadakı səfirliyində səfir  Polad Bülbüloğlu və ailəsi səs verib.

Jurnalistlər qarşısında çıxış edən Polad Bülbüloğlu Prezident seçkilərinin hər bir ölkə üçün vacib hadisə olduğunu bildirib.

“Seçkilərə müəyyən hazırlıq işləri həyata keçirmişik. Seçici siyahılarında, təqribən, 1500 nəfərin adı var. Rusiyadakı 3 seçki məntəqəsində - Moskvada, Sankt-Peterburqda və Yekaterinburqda seçki məntəqələri səhər saat 8-dən işləyir. Oradan aldığımız məlumatlara görə, seçici fəallığı müşahidə olunur”, - səfir deyib.

O həmçinin ilk dəfə səs verən Azərbaycan vətəndaşlarının səfirlikdən xüsusi xatirə sertifikatları alacağını bildirib: "Bunlar, əsasən, Rusiya universitetlərində təhsil alan tələbələrdir".

S.Xankişiyeva

 

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər