Unibank yenə yaxşı nəticələr açıqlayıb – 5 milyona yaxın mənfəət | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank yenə yaxşı nəticələr açıqlayıb – 5 milyona yaxın mənfəət

18:00 - 12 / 04 / 2018
Unibank yenə yaxşı nəticələr açıqlayıb – 5 milyona yaxın mənfəət

2017-ci ili 4 milyon manatdan çox mənfəətlə bitirən Unibank, 2018-ci ilin ilk rübünü də müsbət  göstəricilərlə başa vurub.

Bir çox sahələrdə inkişafa imza atan bank, 2018-ci ilin ilk rübündə yüksək mənfəət əldə edib. İlin ilk 3 ayı ərzində Unibank-ın mənfəəti 5  milyon manata yaxın olub. Bankın məcmu kapitalında da nəzərəçarpacaq artım qeydə alınıb. Məcmu kapital artaraq 70 milyon manata çatıb. 

Unibank-da əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları,  rəqəmsal bankçılıq sahəsində əhəmiyyətli dərəcədə artım davam etməkdədir.

“Unibank” KB ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, 2018-ci ildə qarşımızda olan hədəflərə çatacağımıza inanırıq: “1-ci rübün nəticələri artıq onu sübut etdi ki, Bank qarşıya qoyduğu hədəflərə doğru inkişaf istiqamətində düzgün yoldadır. Son dövrlərdə həyata keçirdiyimiz islahatlar, bazara təqdim etdiyimiz məhsul və xidmətlər Bankın orta müddətli strategiyasını uğurla həyata keçirəcəyimizə əminliyi daha da artırır. Unibank olaraq qarşıdakı illərdə də müştəri məmnuniyyəti əsas prioritetimiz olaraq qalacaq”.

Ötən ilin nəticələri ilə müqayisədə Unibankın kredit portfelində 11 milyon manatdan çox artım qeydə alınıb. Aktiv kreditləşmə dövrünə qədəm qoyan bank, verilən kreditlərin həcmində də ciddi artım əldə edib. Ötən ilin 1-ci rübü ilə müqayisədə verilmiş biznes kreditlərinin həcmi 6 dəfə, istehlak kreditlərinin həcmi 5 dəfə artıb.

Bir çox sahələrlə yanaşı, kart satışında da artım olub.  2017-ci ilin 1-ci rübü ilə müqayisədə debet kartların sayı 19% artıb.

Keyfiyyətli və innovativ bank xidmətini günü-gündən təkmilləşdirən Unibank, ölkədə ən geniş filial şəbəkəsinə malik banklardan biridir. Ötən ildən ölkə bank bazarında ilk dəfə Unibankda pərakəndə kreditləşmə sahəsində  innovativ modelin tətbiq olunmasıyla, müştərilərə mümkün ən qısa müddətdə kreditin verilməsi xidməti yaradılıb. Daha qısa müddətdə yüksək keyfiyyətli bank xidməti, bankın müştəri sayını 2%  artırıb.

Ölkənin ən innovativ bankına çevrilməyi qarşısına məqsəd qoyan Unibank, bu ilin 1-ci rübü ərzində rəqəmsal bankçılıq sahəsində də yüksək göstəricilər əldə edib. Ölkədə ən çox müştərisi olan mobil bank əlavəsi Unibank Mobile istifadəçilərinin sayı rüb ərzində artaraq 150 000-i keçib. Biznes sahibləri üçün nəzərdə tutulan Unibank Business Mobile istifadəçilərinin sayında da artım qeydə alınıb.

Unibank ölkədə elektron bankçılığın inkişafına öz töhfəsinə verməkdə davam edir. Mərkəzi Bankın təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilatı dəstəyi nağdsız ödənişlərə dair nominasiyalar çərçivəsində bankların illik fəaliyyətlərinin qiymətləndirilməsi zamanı, Unibank  3 nominasiya üzrə qalib olub:

- “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə 1-ci yer;

- “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə 1-ci yer;

- “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə 2-ci yer.

İlin əvvəlindən bu yana Unibank ölkə qiymətli kağızlar bazarının ən fəal iştirakçılarından biri kimi aktivliyini artırmaqda davam edib. Unibank  korporativ qiymətli kağızlar bazarında bir ilkə imza ataraq, yerli şirkətin - “METAK” MMC-nin 3 milyon manatlıq istiqrazına təminatçı olub. "METAK" MMC-nin  yeni istiqraz emissiyasını Unicapital İnvestisiya  Şirkəti həyata keçirəcək. Unibankın dollar valyutasında olan öz istiqrazları ilə bağlı da 1-ci rübdə yeniliklər olub. Unibank  istiqraz sahiblərinə ilk faizlərini ödəyib.

Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə seçilən Unibank üçün ilin birinci rübü bu sahədə uğurlu bir layihəyə imza atmaqla da yadda qalan olub. Bank 2020-ci ilədək Güllə atıcılığı üzrə milli paralimpiya komandasına dəstək olacaq. 

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Reklam hüququnda

 

Paylaş:
403

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər