“Rəqs edərkən yad kişi ətəyimi qaldırdı” - Aparıcı ona qarşı edilən əxlaqsızlıqdan danışdı - FOTO
Amerikalı prodüser Harvi Vaynşteyn, kinorejissor Roman Polanski, Ceyms Tobak qalmaqalından sonra #metoo həştəqinə qoşularaq diqqət çəkərək şöhrət qazanmaq istəyən qadın tanınmışların sayı artmaqdadır.
Tanınmış aparıcı və model Lora Vitmor ( Laura Whitmore ) açıqlaması ilə gündəmə gəlib.
1news.az Milli.az-a istinadla xəbər verir ki, irlandiyalı model və “The Survival of the Fittest” verilişinin aparıcısı Lora bir il əvvəl gecə klubunda ona qarşı əxlaqsızlıq edildiyini söyləyib.
Model təcavüzü bir il gizlətməsinə səbəb kimi cəsarət toplaya bilməməsini göstərib.
“Düşünürəm ki, bunu açıqlamağın vaxtı çatıb. Ötən il dostlarım və sevgilimlə birlikdə barda əylənərkən. Arxamda kişi əli hiss etdim. Əvvəl elə bildim, sevgilim mənimlə əylənir. Sonra o, ətəyimi qaldırdı. Mən arxaya çevriləndə heç tanımadığım birini gördüm. Mənə toxunan oğlan qaçaraq barı tərk etdi”.
1news.az