Qadınlardan ibarət monitorinq qrupu: Seçkilər demokratik və şəffaf şəkildə keçirilib

Azərbaycanda prezident seçkiləri yaxşı təşkil olunmuşdu, səsvermə rahat şəkildə keçirildi.
1news.az xəbər verir ki, bunu Cənub-Şərqi Avropa ölkələrindən olan qadınlardan ibarət Seçki Monitorinqi Qrupunun keçirdiyi mətbuat konfransında qrupun üzvü Vokşi Albana deyib. O bildirib ki, seçki məntəqələrinə MSK-nın vəsiqəsi ilə sərbəst daxil olaraq müşahidə aparıblar.
“Səsvermə qutuları möhürlənmiş, gizli sısvermə üçün kabinələr ayrılmışdı. Prezident seçkiləri beynəlxalq standartlara uyğun, demokratik və şəffaf şəkildə keçirilib.
Səsvermə prosesi heç bir kənar müdaxilə olmadan sakit şəraitdə baş tutdu. Məntəqələrdə kifayət qədər mürəkkəb var idi. Komissiya üzvləri arasında kifayət qədər qadınların olması da alqışlanmalı haldır”.
P.Sultanova