Uno Silberq: Səsvermə prosesi texniki və təşkilatı baxımdan yaxşı təşkil olunu | 1news.az | Xəbərlər
Siyasət

Uno Silberq: Səsvermə prosesi texniki və təşkilatı baxımdan yaxşı təşkil olunu

13:06 - 12 / 04 / 2018
Uno Silberq: Səsvermə prosesi texniki və təşkilatı baxımdan yaxşı təşkil olunu

Avropa İttifaqı Regional komitə üzvlərinin Müşahidə Missiyası prezident seçkilərinin nəticələrinə dair mətbuat konfransı keçiriblər.

1news.az xəbər verir ki, missiyanın üzvü Uno Silberq deyib ki, səsvermə günü 46 seçki məntəqəsində müşahidələr aparıblar. Gəldikləri qənaət bundan ibarətdir ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərar milli qanunvericiliyə uyğun qəbul edilib, səsvermə prosesi texniki və təşkilatı baxımdan yaxşı təşkil olunub.

O, səsvermə günü seçici fəallığının yüksək olduğunu və səsvermə prosesinin dinc şəraitdə keçdiyini, kənar müdaxilələr müşahidə etmədiklərini də diqqətə çatdırıb:

“Üç məntəqədə səslərin sayılması prosesini izlədik və heç bir məhdudiyyət olmadı. Yekun olaraq belə hesab edirik ki, seçkilər legitimdir və seçicilərin sərbəst və gizli səsvermə hüquqları təmin edilib”.

P.Sultanova

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər