Xamenei: “Amerika, Fransa və Britaniya liderləri cinayətkardır” | 1news.az | Xəbərlər
Dünya

Xamenei: “Amerika, Fransa və Britaniya liderləri cinayətkardır”

12:32 - 14 / 04 / 2018
Xamenei: “Amerika, Fransa və Britaniya liderləri cinayətkardır”

İranın ali dini rəhbəri ayətullah Əli Xamenei ABŞ, Fransa və Britaniya liderlərini cinayətkar adlandırıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Ə.Xamenei Qərb koalisiyasının Suriya əməliyyatına sərt reaksiya verib.

“Suriyaya hücum cinayətdir, Amerika, Fransa prezidentləri və Britaniyanın baş naziri isə canidir”, - deyə o, söyləyib. 

Əli Xamenei bildirib ki, Amerika və onun müttəfiqləri bu cinayətlə hər hansı nəticəyə nail ola bilməyəcəklər.

S.Xankişiyeva

 

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər