Putin və Ruhani Suriyanı müzakirə edib | 1news.az | Xəbərlər
Dünya

Putin və Ruhani Suriyanı müzakirə edib

19:24 - 15 / 04 / 2018
Putin və Ruhani Suriyanı müzakirə edib

Rusiya dövlət başçısı Valdimir Putin İran prezidenti Həsən Ruhani ilə Suriya məsələsini telefonda müzakirə edib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, liderlər ABŞ liderliyindəki hücum barədə danışıqlar aparıblar və bölgədəki son vəziyyəti dəyərləndiriblər.

Kremlin açıqlamasında deyilir:

“Liderlər ABŞ və müttəfiqlərinin Suriya torpaqlarına təşkil etdiyi raket hücumundan sonra yaranan vəziyyətlə bağlı fikir mübadiləsi ediblər. bu qeyri-qanuni davranışın Suriyadakı siyasi vəziyyəti düzəltmə ümidlərinə ciddi zərər verdiyi qeyd edildi.

Vladimir Putin vurğuladı ki, BMT anlaşmasını çeynəyən bu cür hadisələr davam edəcəyi halda beynəlxalq əlaqələrdə xaos qaçınılmaz olacaq”.

S.Xankişiyeva

 

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər