Çinə məxsus təyyarə təcili eniş edib | 1news.az | Xəbərlər
Dünya

Çinə məxsus təyyarə təcili eniş edib

20:00 - 15 / 04 / 2018
Çinə məxsus təyyarə təcili eniş edib

Çinin “Air China” aviaşirkətinə məxsus təyyarəsi sərnişinlərdən birinin stüarda hücum etməsi səbəbindən təhlükəsizlik məqsədi ilə Xenan əyalətinin Çjençjou şəhərində təcili eniş edib.

1news.az-ın Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, Çanşadan Pekinə uçan laynerin sərnişinləri sağ-salamat göyərtəni tərk edib və gözləmə zalına yönləndirilib.

Ərazidə polis işləyir. Hadisənin təfərrüatları məlum deyil.

S.Xankişiyeva

 

Paylaş:
369

Son xəbərlər

Bütün xəbərlər