MSK prezident seçkilərinə yekun vurulması ilə bağlı iclas keçirir | 1news.az | Xəbərlər
Siyasət

MSK prezident seçkilərinə yekun vurulması ilə bağlı iclas keçirir

11:39 - 15 / 04 / 2018
MSK prezident seçkilərinə yekun vurulması ilə bağlı iclas keçirir

Bu gün Mərkəzi seçki Komissiyasının aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclası başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, MSK Seçki Məcəlləsinə əsasən səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurmalı və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı bu müddət aprelin 21-dək olan dövrü əhatə edir.

S.Xankişiyeva

 

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər