Elmira Axundova: “DTİHB/ATƏT-in hesabatı olduqca qərəzli hazırlanıb” | 1news.az | Xəbərlər
Siyasət

Elmira Axundova: “DTİHB/ATƏT-in hesabatı olduqca qərəzli hazırlanıb”

14:46 - 16 / 04 / 2018
Elmira Axundova: “DTİHB/ATƏT-in hesabatı olduqca qərəzli hazırlanıb”

Məlum olduğu kimi, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  beynəlxalq müşahidəçilər qrupu qısamüddətli və uzunmüddətli missiyalarının işinin yekunu ilə bağlı ilkin rəylərini açıqlayıblar.

Bəyanatda beynəlxalq müşahidəçilərə qarşı yaxşı münasibətin göstərildiyi və işləmələri üçün hər cür şəraitin yaradıldığı qeyd edilib. Bununla belə sənəddə həm seçkilər zamanı, həm də seçkilərdən öncəki dövrlə bağlı bir sıra mənfi iradlar da yer alıb.

“Azərbaycanda prezident seçkiləri məhdud atmosferdə keçdi. Bizim müşahidəçilərimiz mediada plüralizmin olmadığını, eləcə də seçki məntəqələrində pozuntu faktlarının olduğunu qeyd edirlər”- deyə, ATƏT-in qısa müddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri Nilza del Sena bildirib.

Müşahidəçilərin kəskin bəyanatları tədbir iştirakçılarının etirazları ilə qarşılanıb. Media və ictimaiyyət nümayəndələri orada səsləndirilən ittihamlara öz etirazlarını bildirərək onları qərəzli və saxta adlandırıblar.

Müşahidəçilərin ilkin rəyinə münasibət bildirən Milli Məclisin deputatı Elmira Axundova qeyd edib ki, onlar reallığı, seçicilərin fəallığını dərk etmək istəmirlər:

“Hesabat olduqca qərəzli hazırlanıb. Biz özümüz seçki prosesində hansısa çatışmazlıqlar tapa bilərik. Lakin onlar seçkinin nəticələrinə heç cür təsir edə bilməz.

Seçki məntəqələrinin birində olarkən Avropa Şurasının nümayəndəsi ilə görüşdüm. O insan axınına təəccüblə baxaraq deyirdi ki, hətta Avropanın özündə belə bu cür fəallıq yoxdur. Onlar sakitliyi, qayda-qanunu, insanların necə böyük həvəslə səs verməyə gəldiyini gördülər, seçki qutuları şəffaf idi, insanların barmaqlarının yoxlanıldığını gördülər”.

Millət vəkilinin sözlərinə görə, tələb olunan bütün prosedurlara riayət olundu: “Avstraliyadan olan bir müşahidəçi bildirdi ki, Avstraliyanın özündə belə seçkilər bu cür keçirilmir və Azərbaycandan çox şey öyrənmək olar”.

Mövzu ilə əlaqədar oxuyun:

Американский наблюдатель: В Азербайджане президентские выборы организованы на высоком уровне

Наблюдатель от миссии СНГ: Выборы организованы на высоком уровне

Президентские выборы в Азербайджане прошли в демократических условиях - чешский депутат

Elmira Axundova bildirib ki, istəyən hər kəs sənədlərini təqdim edərək namizədliyini qeydə aldırdı:

“Əgər kimsə istəmədi və addım atmadısa, bunda Azərbaycan cəmiyyəti günahkar deyil. Xaricdəki radikal müxalifətin emosional qışqırıqlarını, əsassız şüarlarını əsas götürmək özlərini ciddi təşkilat sayan ATƏT və DTİHB kimi qurumlara yaraşmır”.

Elmira Axundova müşahidəçilərin tərkibində Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən şəxslərin yer almasına da diqqət çəkib:

“Azərbaycanda keçirilən prezident seçkilərinə ölkəmizə qarşı qərəzli mövqeyi ilə tanınan, Ermənistana və radikal müxalifətə rəğbət bəsləyən şəxsləri göndəriblər. Bu insanlar Qərbdə erməni lobbisinin müəyyən dairələrinin təsiri altında işləyirlər”.

Mövzu ilə əlaqədar oxuyun:

Хикмет Гаджиев: Мы требуем от БДИПЧ ОБСЕ предоставить факты нарушения избирательного процесса, если таковые имеются

Millət vəkili əmindir ki, əvvəlcədən planlaşdırılmış bütün bu işlər müstəqil respublikaları gərginlikdə saxlamaq üçündür: “Bu, müəyyən siaysi dairələrin siyasi sifarişidir. Neçə ildir ki, seçkilərdə iştirak edirəm və bir dəfə də eşitmədim ki, onlar bir dəfə də olsun bizdə keçirilən seçkilərlə bağlı normal fikir bildirsinlər”.

Elmira Axundovanın sözlərinə görə, Azərbaycan cəmiyyəti bu cür fəaliyyətə sakit münasibət bildirməlidir: “Bu bizim davamlı inkişafımıza, sabaha olan inamımıza, doğru qərar verməyimizə mane ola bilməz”.

Qeyd edək ki, prezident seçkilərini izləmək üçün 59 ölkədən olan 890 beynəlxalq,eləcə də 58 175 yerli müşahidəçi MSK-da akkreditasiyadan keçib.

Prezident seçkilərinin lideri isə hazırkı dövlət başçısı, “Yeni Azərbaycan” partiyasının sədri İlham Əliyev oldu. O, seçicilərin 86.03%-nin səsini qazandı.

Səsvermədə iştirak edən seçicilərin sayı isə 74.30% təşkil edib.

А.А.

Paylaş:
681

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEOBu gün, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olubBu gün, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıbBu gün, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıbBu gün, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edibBu gün, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıbBu gün, 14:55Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49
Bütün xəbərlər