Ermənistanda Sarkisyana etirazlar davam edir
İrəvanda Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etirazlar davam edir.
1news.az news.am-a istinadla xəbər verir ki, etirazçılar Baqramyan prospektini bağlayıblar.
"Vətəndaş razılaşması” partiyasının şura üzvü Nikol Paşinyan tərəfdarları ilə birgə aksiyada iştirak edir.
Paşinyan bildirib ki, avtomobillərin hərəkətinə yaradılan maneəyə görə vətəndaşlardan üzr istəyir, amma bu kiçik narahatlıqla böyük narahatlıqdan, Serj Sarkisyandan yaxa qurtarmağa çalışırlar. O, tezliklə digər küçələrin də bağılanacağını bəyan edib.
Aksiyanın məqsədi Ermənistan parlamentinin binasını blokadaya almaq və aprelin 17-də ora deputatların daxil olub baş nazir seçmələrinə mane olmaqdır.
P.Sultanova
439