Misir parlamentində Azərbaycanla Dostluq qrupu yaradılıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Misir parlamentində Azərbaycanla Dostluq qrupu yaradılıb - FOTO

12:31 - 16 / 04 / 2018
Misir parlamentində Azərbaycanla Dostluq qrupu yaradılıb - FOTO

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Tural Rzayev bu ölkənin parlamentinin baş katibi Əhməd Səid Əd-Din ilə görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələr, o cümlədən, parlamentlərarası münasibətlər müzakirə olunub.

Cari ilin fevral ayında 11 illik aradan sonra Misirdə yüksək səviyyədə keçirilən hökumətlərarası müştərək komissiyanın iclası, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin Qahirə şəhərinə səfəri və prezident Əbdül Fəttah Əs-Sisi, Baş nazir Şərif İsmayıl ilə məzmunlu və səmərəli görüşləri yüksək qiymətləndirilib.

Baş katib Əhməd Səid Əd-Din Misir Parlamentinin sədri Əli Abdel Aal tərəfindən imzalanmış parlamentdə Misir-Azərbaycan Dostluq Qrupunun yaradılması haqqında qərarını səfir Tural Rzayevə təqdim edib. Dostluq qrupunun sədri Muhaməd Həsən Əl-Əbd seçilib.

Komissiyanın tərkibi 10 deputatdan ibarətdir. Komissiya üzvləri arasında ölkə başçısının din məsələləri üzrə müşaviri, keçmiş mədəniyyət naziri, parlamentdə ilk xristian-kopt qadın millət vəkili, ölkənin tanınmış siyasi-ictimai xadimləri yer alıblar.

Qeyd etmək lazımdır ki, Misir parlamentində dostluq qrupu post- sovet məkanında ilk dəfə Azərbaycan ilə yaradılır və umumiyyətlə Misir parlamentində yalnız 15-ə yaxın ölkə ilə dostluq qrupu fəlliyət göstərir.

Görüşdə səfir Tural Rzayevə Misir parlamentinin xüsusi diplomu təqdim olunub.

P.Sultanova

Paylaş:
429

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTOBu gün, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər