Sabah Prezident İlham Əliyevin andiçmə mərasimi keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Sabah Prezident İlham Əliyevin andiçmə mərasimi keçiriləcək

17:17 - 17 / 04 / 2018
Sabah Prezident İlham Əliyevin andiçmə mərasimi keçiriləcək

Yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi aprelin 18-də keçiriləcək.

1news.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, Konstitusiyanın tələblərinə əsasən, Prezidenin andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti istefa verir:

"Bundan sonra Nazirlər Kabinetinin formalaşdırılması Konstitusiya üzrə Prezidentin üzərinə qoyulmuş vəzifədir. Prezident öz istəyinə və görüşlərinə uyğun şəkildə bu vəzifəni icra edəcək və Konstitusiyaya müvafiq olaraq yeni Nazirlər Kabinetini formalaşdıracaq".

Qeyd edək ki, bu gün Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclası keçirilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev prezident seçkilərinin nəticələrini təsdiq edib və bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. İlham Əliyev səslərin 86,02 faizini topladığı üçün prezident elan edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.

1news.az

 

Paylaş:
732

Son xəbərlər

“Xan arxı” suvarma kanalı tullantılardan təmizlənibBu gün, 12:27Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:21Sahibə Qafarova Sinqapur Prezidenti ilə görüşübBu gün, 12:10Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana təhvil veribBu gün, 12:01FHN Ağsuda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - VİDEOBu gün, 11:58Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıbBu gün, 11:38Gənc zabitlərin püşkatması keçirilibBu gün, 11:15Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıbBu gün, 11:13Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıbBu gün, 11:06Yanvar-apreldə əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilibBu gün, 10:46İzmirdə zəlzələ olubBu gün, 10:33AMB 15 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 10:02Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:27Ənənəvi “Prado” indi Land Cruiser 250 adı ilə daha aqressiv! - VİDEOBu gün, 09:16Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıbBu gün, 08:55Paytaxtın bəzi yollarında tıxac var - SİYAHIBu gün, 08:51Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdü14 / 05 / 2024, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib14 / 05 / 2024, 17:35Naxçıvanda intensiv yağışlar fəsadlar törədib - VİDEO14 / 05 / 2024, 17:27Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub14 / 05 / 2024, 17:14
Bütün xəbərlər