Dünya birjalarında neftin qiyməti
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə,
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,59 dollar bahalaşaraq 72,17 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,58 dollar artaraq 67,10 dollar təşkil edib.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar ucuzlaşaraq 73,06 dollar olub.
1news.az
138