İran dollardan imtina edib
İran hökuməti beynəlxalq hesablaşmalarda dollardan imtina edərək bütün ölkəxarici pul köçürmələrində və dövlət qurumlarının rəsmi hesabatlarında avroya keçilməsi barədə qərar qəbul edib.
1news.az-ın İnterfax-a istinadla verdiyi xəbərə görə, bu barədə hökumət bəyanat yayıb.
“Bütün nazirliklər, dövlət təşkilatları və şirkətlər statistikalarını, məlumat və maliyyə göstəricilərini (beynəlxalq pul köçürmələri ilə bağlı) açıqlayarkən öz hesabatlarında avrodan istifadə etməlidir,” – deyə məlumatda bildirilir.
S.Xankişiyeva
703