Elmar Məmmədyarov: “Metsamor” AES ciddi təhlükə mənbəyidir” | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: “Metsamor” AES ciddi təhlükə mənbəyidir”

19:57 - 18 / 04 / 2018
Elmar Məmmədyarov: “Metsamor” AES ciddi təhlükə mənbəyidir”

Azərbaycanın xarici işlər naziri vəzifəsini icra edən Elmar Məmmədyarov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Elmar Məmmədyarov Azərbaycan və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında mövcud effektiv əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Agentliyin fəaliyyət və yardımının Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində ölkəmizdə həyata keçirilmiş 22 layihə və icra edilməkdə olan 9 layihənin Azərbaycanın inkişafı və müvafiq qurumların imkanlarının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Azərbaycanın milli tədqiqat reaktorunun yaradılmasında, istifadə edilməsində və kadrların hazırlanmasında Beynəlxalq Atom Enerjisi Agentliyinin dəstəyi yüksək qiymətləndirilib. Tərəflər sülh məqsədləri üçün nüvə texnologiyasının tətbiqinə toxunaraq, səhiyyə, kənd təsərrüfatı, neft sənayesi kimi sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

Söhbət zamanı nüvə reaktorlarının təhlükəsizliyi məsələsindən danışan Elmar Məmmədyarov Ermənistanda yerləşən, bölgəmiz üçün ciddi təhlükə mənbəyi olaraq köhnəlmiş Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən “Metsamor” AES-in istismarından irəli gələn təhlükələri diqqətə çatdırıb. Həmçinin o, "Metsamor" AES-in nüvə və radioaktiv maddələrin qaçaqmalçılığı baxımından ciddi təhlükə mənbəyi olduğunu vurğulayaraq, nüvə təhlükəsizliyi konsepsiyası çərçivəsində Agentlik tərəfindən bu istiqamətdə zəruri addımların atılmasının vacibliyini qeyd edib.

Görüşdə beynəlxalq nüvə təhlükəsizliyi, dinc məqsədlərlə nüvə texnologiyasından istifadə edilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
388

Son xəbərlər

AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaqBu gün, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcəkBu gün, 14:28Qarabağ Dirçəliş Fondunun Bakı Marafonundakı yaşıl pavilyonu böyük maraqla qarşılanıb - FOTOBu gün, 14:16Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıbBu gün, 14:04Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİBBu gün, 13:38Cəsarət Valehova yeni vəzifə verilibBu gün, 13:29Ağdərədə sümük fraqmentləri aşkarlanıbBu gün, 13:18ABŞ səfiri Şuşaya gedibBu gün, 13:10“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndiribBu gün, 12:56İlham Əliyev Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyibBu gün, 12:51Sabah yağış, qar yağacaq - ProqnozBu gün, 12:46Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılıbBu gün, 12:42Kapital Bank-ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilibBu gün, 12:41Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi həyata keçirilibBu gün, 12:36Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanırBu gün, 12:29Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcəkBu gün, 12:26Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıbBu gün, 12:09Yol Polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdiBu gün, 11:34
Bütün xəbərlər