İrəvanda aksiyalar davam edir: polislə etirazçılar arasında qarşıdurma yaşanıb | 1news.az | Xəbərlər
Dünya

İrəvanda aksiyalar davam edir: polislə etirazçılar arasında qarşıdurma yaşanıb

11:34 - 19 / 04 / 2018
İrəvanda aksiyalar davam edir: polislə etirazçılar arasında qarşıdurma yaşanıb

İrəvanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası davam edir.

1news.az xəbər verir ki, etirazçılar Ermənistan hökumətinin binasına yaxın ərazini tərk edərək Xancyan küçəsi istiqamətində irəliləməyə başlayıblar.

Paşinyan taktikasını dəyişdirdiyini bəyan edib: “Biz yolları bağlamırıq, amma yol boyunca hər iki istiqamətdə irəliləyərək sürücülərə müraciət edərək deyirik: Əgər Serjə qarşısansa, o zaman siqnal ver”. Baxaq görək nə baş verəcək”.

"Petak" ticarət mərkəzi yaxınlığında aksiyaçılarla polis arasında qarşıdurma olub. 

Xatırladaq kii, bundan əvvəl baş vermiş qarşıdurmada 17 nəfər saxlanılıb.

1news.az

 

Paylaş:
521

Son xəbərlər

Bütün xəbərlər