Gerasimov və Skaparrotti Bakıda görüşəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Gerasimov və Skaparrotti Bakıda görüşəcəklər

12:57 - 19 / 04 / 2018
Gerasimov və Skaparrotti Bakıda görüşəcəklər

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıya işgüzar səfər edib.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Səfər zamanı V.Gerasimov NATO-nun Birləşmiş qoşunlarının ali baş komandanı Kertis Skaparrotti ilə görüşəcək.

Qeyd olunur ki, tərəflər görüşdə  NATO və Rusiyanın Avropa regionunda hərbi fəaliyyət məsələlərini, eləcə də Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Gerasimovun Azərbaycan Prezidenti tərəfindən qəbul ediləcəyi də gözlənilir.

1news.az

 

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər