Çində “ağıllı” piyada keçidləri yaradılıb | 1news.az | Xəbərlər
Dünya

Çində “ağıllı” piyada keçidləri yaradılıb

11:08 - 20 / 04 / 2018
Çində “ağıllı” piyada keçidləri yaradılıb

Çinin Çuntsin şəhərinin mərkəzində üç ədəd “ağıllı” piyada keçidi qurulub. Bu keçidlər piyadaların təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub.

1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, geomaqnit skanlaşdırma texnologiyasından istifadə etməklə keçidlər xüsusi işıqların köməyilə sürücüləri piyadalar barədə məlumatlandırır.

Əgər avtomobil piyadaya 50 metrdən çox məsafədə yaxınlaşsa, audio-xəbərdarlıq səslənir.

Kameralar isə keçiddə piyadaya yol verməyən avtomobilləri qeydiyyata alır.

“Bu texnologiyanın köməyilə yolu keçmək daha təhlükəsiz olub”, - Fu soyadlı yerlı sakin deyib.

Hər üç piyada keçidi şəhərin ən işlək yollarında yerləşir. Şəhərin bir çox yerlərində bu cür piyada keçidlərinin qurulması nəzərdə tutulur.

Qeyd edək ki, Çində keçidlərin olması piyadaların onlardan faydalana biləcəyi anlamına gəlmir. Və ya əksinə, nəqliyyat vasitəsi olmayan yolun hər hansı hissəsi piyada keçidi kimi istifadə edilə bilər.

S.Xankişiyeva

 

Paylaş:
897

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər