Nümayəndə heyətimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir | 1news.az | Xəbərlər
Siyasət

Nümayəndə heyətimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir

11:57 - 20 / 04 / 2018
Nümayəndə heyətimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir

Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Ayaz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin bu gün keçirilən növbəti iclasında iştirak edir.

1news.az-ın məlumatına görə, Rusiyanın Kazan şəhərində keçirilən iclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.

1news.az

Paylaş:
469

Son xəbərlər

Bütün xəbərlər