Pakistan mətbuatı Xocalı soyqırımından yazır | 1news.az | Xəbərlər
Siyasət

Pakistan mətbuatı Xocalı soyqırımından yazır

15:27 - 21 / 04 / 2018
Pakistan mətbuatı Xocalı soyqırımından yazır

Pakistanda nəşr olunan “Parliament Times” qəzetində və portalında, həmçinin “The Fortress” saytında jurnalist Zaman Bacvanın “İnsanlıq əleyhinə Xocalı qətliamı. Bir daha olmasın” sərlövhəli məqaləsi dərc edilib.

1news.az-ın verdiyi xəbərə görə, məqalədə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə törədilmiş və tarixin ən dəhşətli faciələrindən biri olan Xocalı qətliamının bəşəriyyətə qarşı soyqırımı aktı olduğu bildirilir, Xocalının Azərbaycan tarixinə aid olan qədim abidələrinin ermənilər tərəfindən məhv edilməsinin əslində insanlığa qarşı olduğu diqqətə çatdırılır.

Müəllif yazır ki, faciə zamanı həyat yoldaşını və 3 övladını itirən Elxan Hüseynov soyqırımından 26 il keçməsinə baxmayaraq, hələ də öz ailəsini axtarır. O qanlı gün ermənilər 613 azərbaycanlını qəddarlıqla öldürüb, 487 nəfər şikəst edilib, 1275 nəfər əsir götürülüb. Bu soyqırımı haqqında materiallar “The New-York Times”, “Sunday Times”, “Washington Times”, “The Times” kimi nüfuzlu qəzetlərdə verilib. Qəzetlərdə ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş azərbaycanlıların cəsədlərinin hər tərəfə səpələndiyi, dərilərinin soyulduğu və üzlərinin tanınmaz hala salındığı bildirilən məqalələr dərc olunub.

Məqalədə vurğulanır ki, o zaman Ermənistan prezidenti olan Serj Sarkisyan britaniyalı jurnalistlə müsahibəsində demişdi: “Xocalıdan əvvəl azərbaycanlılar ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən bir xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındırdıq”. Yazıda, həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə Xocalı soyqırımına siyasi və hüquqi qiymət verildiyi bildirilir. Pakistan, Türkiyə, ABŞ, Serbiya, Sudan, Çexiya, İsrail və digər dövlətlərin Xocalı soyqırımının tanınması barədə sənədlər qəbul etdikləri oxucuların diqqətinə çatdırılır.

S.Xankişiyeva

 

Paylaş:
331

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər