Türkiyə ordusu zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyə ordusu zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb

18:52 - 21 / 04 / 2018
Türkiyə ordusu zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı son bir həftədə ölkə ərazisində və İraqın şimalında aparılan əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, aprelin 14-20-də Tunceli, Diyarbakır, Şırnak və İraqın şimalındakı əməliyyatlarda ikisi lider olmaqla, 37 terrorçu zərərsizləşdirilib.

Əməliyyatlarda 5 hərbçi şəhid olub, 9-u yaralanıb.

Məlumatda qeyd edilib ki, "Zeytin budağı" hərəkatı başlayandan bu günə qədər 4254 terrorçu zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələrinin isə 53 hərbçisi şəhid olub, 232-si yaralanıb.

S.Xankişiyeva

 

Paylaş:
540

Son xəbərlər

Karapetyan səs verib

Bu gün, 12:39

Gədəbəyə dolu düşüb

06 / 06 / 2026, 16:24
Bütün xəbərlər