Azərbaycanın yeni baş naziri Novruz Məmmədov olub – YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın yeni baş naziri Novruz Məmmədov olub – YENİLƏNİB

12:25 - 21 / 04 / 2018
Azərbaycanın yeni baş naziri Novruz Məmmədov olub – YENİLƏNİB

Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Novruz Məmmədovun fəaliyyətindən danışıb:

“O, ən etibarlı və təvazökar məmurdur. Azərbaycan məmurlarına nümunədir”.

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov da Novruz Məmmədovla bağlı təqdimatı yüksək dəyərləndirərək, onun YAP Siyasi Şurasının üzvü kimi ideal namizəd hesab edərək, eyni zamanda keçmiş baş nazir Artur Rasi-zadəyə Milli Məclis adından təşəkkür elan edilməsini təklif edib.

O, həmkarlarını Novruz Məmmədovla bağlı təqdimata səs verməyə çağırıb.

Sonda Prezidentin təklifi səsə qoyularaq qəbul olunub.

Novruz Məmmədov Milli Məclis tərəfindən Azərbaycanın baş naziri vəzifəsinə təsdiq edilib.

12.13

Milli Məclisdə Azərbaycanın baş naziri postuna namizədlik məsələsinə baxılır.

1news.az-ın verdiyi xəbərə görə, bu vəzifəyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun namizədliyi irəli sürülüb.

N.Məmmədovun namizədliyinin irəli sürüldüyü spiker Oqtay Əsədov tərəfindən elan edilib.

İlk olaraq spiker Oqtay Əsədov Prezident İlham Əliyevi aprelin 11-də qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Ölkə başçısı vəzifəsinin icrasına başladığı üçün Nazirlər Kabineti istefa verib.

Yeni Nazirlər Kabinetinin formalaşması üçün Milli Məclis baş nazir vəzifəsinə namizədə baxmalıdır.

S.Xankişiyeva

 

 

 

Paylaş:
1057

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edibBu gün, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıbBu gün, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyubBu gün, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55
Bütün xəbərlər